«Elektron Xidmətlər Portalı» sınaq rejimində fəaliyyət göstərir. Ətraflı

Haqqımızda

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən göstərilən xidmətlər şəffaflıq, çeviklik və əlçatanlıq prinsipləri əsasında Elektron Xidmətlər Portalı vasitəsilə təqdim olunur.

Fiziki və hüquqi şəxslər portal üzərindən Nazirlik və onun tabeli qurumları tərəfindən göstərilən dövlət xidmətlərinə müraciət edə, icra prosesini izləyə və nəticələri rəqəmsal formada əldə edə bilərlər. Eyni zamanda, fiziki xidmət mərkəzinə gəlmədən ödənişlərin həyata keçirilməsi və rəqəmsal sənədlərin əldə olunması imkanı yaradılmışdır.

Elektron Xidmətlər Portalı mütəmadi olaraq təkmilləşdirilir və bu istiqamətdə tam rəqəmsallıq və təmassızlıq prinsiplərinə əsaslanaraq göstərilən dövlət xidmətlərinin keyfiyyətinin artırılması hədəflənir.

Haqqımızda

Portalın üstünlükləri

Vahid Rəqəmsal Xidmət mərkəzi
Vahid Rəqəmsal Xidmət mərkəzi

Xidmətlərin vahid platformadan əldə olunması

Təmassız xidmət
Təmassız xidmət

Əməliyyatların rahat və sürətli həyata keçirilməsi

Rəqəmsal sənəd
Rəqəmsal sənəd

Rəqəmsal və ətraf mühit dostu sənədlər

Dayanıqlı İnkişafa Doğru!

Dayanıqlı İnkişaf Məqsədləri, bütün dünyada insanların rifahını artırmaq və planetimizin gələcəyini qorumaq məqsədi ilə müəyyən edilmiş qlobal prioritetlərdir. Bu hədəflər arasında bərabərliyin təşviqi, ətraf mühitin qorunması və resursların səmərəli istifadəsi kimi mühüm istiqamətlər yer alır. Müasir dövrdə bu məqsədlərə çatmağın ən effektiv yollarından biri rəqəmsallaşmanın tətbiqidir.


İnnovativ texnologiyalara əsaslanan rəqəmsal transformasiya, dövlət xidmətlərinin daha şəffaf və səmərəli idarə olunmasına şərait yaradır. Bu yanaşma resurslara ədalətli çıxışı təmin edir, qərarların daha dəqiq və çevik qəbuluna imkan verir. Eyni zamanda, rəqəmsal həllər ətraf mühitin mühafizəsində və iqlim dəyişikliyi ilə mübarizədə mühüm vasitə rolunu oynayır.


Elektron Xidmətlər Portalı aşağıda qeyd olunan 9 əsas məqsədi prioritet qəbul edərək Dayanıqlı İnkişaf Məqsədlərini tövhə vermək məqsədi ilə hazırlanmışdır.

  • DİM 1/ yoxsulluğa son
  • DİM 2/ aclığa son
  • DİM 3/ yaxşı səhiyyə və rifah
  • DİM 4/ keyfiyyətli təhsiı
  • DİM 5/ gender bərabərliyi
  • DİM 6/ təmiz su və sanitariya
  • DİM 7/ sərfəli və təmiz enerji
  • DİM 8/ layiqli əmək və iqtisadi artım
  • DİM 9/ sənaye, innovasiya və infrastruktur
  • DİM 10/ bərabərsizliyin azaldılması
  • DİM 11/ dayanıqlı şəhərlər və icmalar
  • DİM 12/ məsuliyyətli istehlak və istehsal
  • DİM 13/ iqlim dəyişikliyinə qarşı mübarizə
  • DİM 14/ dəniz ekosisteminin mühafizəsi
  • DİM 15/ torpaq ekosisteminin mühafizəsi
  • DİM 16/ sülh, ədalət və səmərəli institutlar
  • DİM 17/ məqsədlər üçün tərəfdaşlıq