Hörmətli istifadəçilər,
Məmnuniyyətlə bildiririk ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin
yeni Elektron Xidmətlər Portalı sınaq rejimində istifadəyə verilmişdir.
Portalın əsas məqsədi nazirlik tərəfindən fiziki və hüquqi şəxslərə təqdim olunan dövlət
xidmətlərinin “bir pəncərə” prinsipi əsasında daha rahat və çevik şəkildə həyata keçirilməsini
təmin etməkdir.
Hazırda portal vasitəsilə nazirlik və tabeliyində olan qurumlara aid məhdud sayda dövlət xidməti
sınaq rejimində təqdim olunur. Əlavə xidmətlərin rəqəmsallaşdırılaraq portala yerləşdirilməsi
istiqamətində işlər davam etdirilir.
Portaldan istifadə zamanı yaranan rəy və təkliflərinizi, həmçinin texniki dəstək tələblərinizi
nazirliyin
168 Çağrı Mərkəzinə,
canlı çat
bölməsinə və ya
digital@eco.gov.az
elektron poçt ünvanına ünvanlaya bilərsiniz.
Rəy və təklifləriniz bizim üçün çox önəmlidir. Sizin təklifləriniz əsasında
Elektron Xidmətlər Portalını mütəmadi şəkildə təkmilləşdirməyə
davam edəcəyik.
Diqqətiniz üçün təşəkkür edirik!