«Elektron Xidmətlər Portalı» sınaq rejimində fəaliyyət göstərir. Ətraflı
Xidmətlər

Məqsədli təyinatı əkin, çoxillik əkmələrin altında olan kənd təsərrüfatı torpaqlarındakı yaşıllıqların götürülməsi ilə bağlı müraciət (kolların götürülməsi ilə bağlı məlumatlandırma icraatı)

Yeni

Ümumi məlumat 
Məqsədli təyinatı əkin, yaxud çoxillik əkmələrin altında olan kənd təsərrüfatı torpaqlarında yerləşən kolların kəsilməsinə ehtiyac yarandıqda, bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun informasiya sistemi vasitəsilə əvvəlcədən məlumatlandırma icraatı həyata keçirilir. Xidmət icazə xarakteri daşımır - ərizəçi tərəfindən tələb olunan məlumat və sənədlər təqdim edildikdən sonra 10 təqvim günü müddətində qurum tərəfindən əsaslandırılmış irad bildirilmədiyi təqdirdə, ərizəçi kolların kəsilməsini həyata keçirə bilər.

İrad bildirildiyi halda, o, normativ hüquqi aktlara istinad edilməklə və pozulmuş konkret tələblər göstərilməklə əsaslandırılmalıdır. Ərizəçi tərəfindən yanlış və ya təhrif olunmuş məlumatın verilməsi qadağandır.

 

Xidməti göstərən qurum: 
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi

 

Ödənilə bilmə səviyyəsi: 
Xidmət ödənişsizdir.

 

Baxılma müddəti: 
Məlumat təqdim edildikdən sonra 10 təqvim günü.

 

Tələb olunan sənədlər: 
1.   Kolların yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti

2.   Elektron Hökümət İnformasiya Sistemindən məlumat əldə edilə bilmədikdə:

  • Fiziki şəxslər üçün: ərizəçinin soyadı, adı, atasının adı və fərdi identifikasiya nömrəsi (FİN)
  • Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üçün: onun vergi uçotuna alınmasını təsdiq edən şəhadətnamənin surəti
  • Hüquqi şəxslər üçün: hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti