Ovçuluq biletinin əldə edilməsi
YeniÜmumi məlumat
Ovçuluq bileti Azərbaycan ərazisində ovçuluq fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən rəsmi sənəddir və ov icazəsi almaq üçün tələb olunur. Bilet 18 yaşına çatmış Azərbaycan vətəndaşlarına ovçuluq minimumu üzrə sınaqdan uğurla keçdikdən və dövlət rüsumu ödənildikdən sonra verilir. Bilet 2 il müddətinə etibarlıdır.
Xidməti göstərən qurum:
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidməti
Ödənilə bilmə səviyyəsi:
Xidmət ödənişlidir. Dövlət rüsumu məbləği : 25 AZN
Baxılma müddəti:
10 iş günü
Tələb olunan sənədlər:
1. Elektron Hökümət İnformasiya Sistemindən məlumat əldə edilə bilmədikdə:
- Şəxsiyyəti təsdiq edən sənəd
- Ov silahının (odlu və ya soyuq) istifadəsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müvafiq orqanları tərəfindən verilən icazə sənədi
2. 3x4 sm ölçüdə rəngli fotoşəkil