«Elektron Xidmətlər Portalı» sınaq rejimində fəaliyyət göstərir.Ətraflı
Xidmətlər

Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarəti (dənizdən introduksiya, ixrac, təkrar ixrac və idxal) üçün icazə (sertifikat) verilməsi

 

Ümumi məlumat

Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarəti məqsədi ilə icazə/sertifikatların verilməsi üçün müraciətlərin və tələb olunan sənədlərin qəbul edilməsindən və nəticəsi barədə istifadəçiyə məlumat verilməsindən ibarətdir.

 

Xidmətə kimlər müraciət edə bilər?

Xidmətə dövlət orqanları, hüquqi və fiziki şəxslər müraciət edə bilər.

 

Ödənilə bilmə səviyyəsi:

Xidmət ödənişsizdir.

 

Müddət:
5 gün

 

Tələb olunan sənədlər:

  • Ərizə (sərbəst müraciət)
  • Hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməsi
  • (ərizəçi fərdi sahibkar olduqda, şəxsiyyət vəsiqəsi)
  • Sifarişçi hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduqda fiziki şəxsin vergi uçotu haqqında şəhadətnamə

 

Dövlət Xidmətlər Portalına keçid