«Elektron Xidmətlər Portalı» sınaq rejimində fəaliyyət göstərir.Ətraflı
Xidmətlər
Zooloji kolleksiyaların yaradılmasına, zənginləşdirilməsinə, onlarla ticarətə, habelə Azərbaycan Respublikasına gətirilməsinə, onun hüdudlarından kənara göndərilməsinə və aparılmasına icazənin verilməsi

 

Ümumi məlumat

Bu xidmət heyvanların təbii mühitdən görülməsi yolu ilə fiziki və hüquqi şəxslər tərəfindən zooloji kolleksiyaların yaradılmasına və bunların zənginləşdirilməsinə icazə verilməsini əhatə edir.

 

Xidmətə kimlər müraciət edə bilər?

Xidmətə fiziki və hüquqi şəxslər müraciət edə bilər.

 

Ödənilə bilmə səviyyəsi:

Xidmət ödənişsizdir.

 

Müddət:
30 gün

 

Tələb olunan sənədlər:

  • Kolleksiyaya daxil olan obyektlərin, kolleksiya materiallarının siyahısı, sayı və qanuni əldə edilməsi barədə sənəd
  • Ərizə (zooloji kolleksiyanın yaradılmasının və zənginləşdirilməsinin məqsədi, heyvanların növü, miqdarı, saxlanılması üçün müvafiq şəraitin olması barədə məlumatlar qeyd edilməlidir)
  • Elmi, mədəni-maarif, təlim-tərbiyə və estetik dəyərə malik olması barədə zooloji kolleksiyalar üzrə ekspert qrupunun rəyi
  • Kolleksiyanın mülkiyyətçisinə (sahibinə) məxsus olmasını təsdiq edən sənəd

 

Dövlət Xidmətlər Portalına keçid