«Elektron Xidmətlər Portalı» sınaq rejimində fəaliyyət göstərir.Ətraflı
Xidmətlər
Atmosfer havasına zərərli maddələrin atılmasına və zərərli fiziki təsirlərə icazənin verilməsi

 

Ümumi məlumat

Bu xidmət atmosfer havasına zərərli maddələrin atılmasına və zərərli fiziki təsirlərə görə icazənin verilməsini əhatə edir..

 

Xidmətə kimlər müraciət edə bilər?

Xidmətə fiziki və hüquqi şəxslər müraciət edə bilər.

 

Ödənilə bilmə səviyyəsi:

Xidmət ödənişlidir.

 

Müddət:
7 gün

 

Tələb olunan sənədlər: 

  • Xidmət haqqının ödənilməsi barədə sənəd
  • İstifadəçi hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduqda fiziki şəxsin vergi uçotu haqqında şəhadətnamə
  • Qəza zamanı və birdəfəlik atılmaların qarşısını almaq məqsədi ilə tədbirlər planı (mövcud texnoloji prosesləri belə hallara yol verə bilən müəssisələr üçün)
  • Atılmanın yol verilən həddi normativlərinə nail olmaq üçün nəzərdə tutulmuş tədbirlər planı
  • Atmosfer havasına zərərli maddələrin atılma normativləri layihəsi
  • İstifadəçi hüquqi şəxs olduqda dövlət qeydiyyatı haqqında şəhadətnamə
  • Ərizə
  • Atmosfer havasına zərərli maddələrin atılma normativləri layihəsi və 2 - TG (hava) dövlət statistik hesabatı

 

Dövlət Xidmətlər Portalına keçid