«Elektron Xidmətlər Portalı» sınaq rejimində fəaliyyət göstərir.Ətraflı
Xidmətlər
Dövlət ekoloji ekspertizasına aid edilən obyektlər barədə ekspertiza rəyinin verilməsi

 

Ümumi məlumat

Bu xidmət dövlət ekoloji ekspertizasına aid edilən obyektlər barədə ekspert rəyinin verilməsini əhatə edir.

 

Xidmətə kimlər müraciət edə bilər?

Xidmətə fiziki və hüquqi şəxslər müraciət edə bilər.

 

Ödənilə bilmə səviyyəsi:

Xidmət ödənişlidir.

 

Müddət:
30 gün

 

Tələb olunan sənədlər:

a)Ölkə və iqtisadiyyat sahələri üzrə məhsuldar qüvvələrinin inkişafına və yerləşdirilməsinə dair dövlət və yerli proqramların layihələri strateji sənədlərin layihələrinə dair strateji ekoloji qiymətləndirmə (SEQ) sənədləri

  • Ərizə 
  • Müəssisənin təsis sənəd (Şəhadətnamə və ya VÖEN)
  • Strateji ekoloji qiymətləndirmə (SEQ) sənədi 
  • SEQ sənədinin hazırlanmasına dair planlaşdırıcı ilə icraçı arasında bağlanmış müqavilə

 

b) Obyektlərin fəaliyyəti ilə əlaqədar ekspertizanın keçirilməsi üçün tələb olunan sənədlər

b-1. ƏMTQ və ya layihələrin ekoloji bölməsi tələb olunduğu hallarda: 

  • Ərizə 
  • Müəssisənin təsis sənəd (Şəhadətnamə və ya VÖEN)
  • Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədi (ƏMTQ) və ya layihələrinin ekoloji bölməsi (Ətraf mühitin mühafizəsi haqqında və Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi haqqında Azərbaycan Respublikasının Qanunlarına əsasən tələb olunduqda) 
  • ƏMTQ layihəsi və ya layihələrin ekoloji bölməsi üzrə sifarişçi ilə icraçı arasında bağlanmış müqavilə (ekoloji sənədin hazırlanmasına çəkilən xərc və ya layihənin ümumi smeta dəyəri qeyd olunmaqla) 
  • Ərizə 
  • Müraciətçi fiziki şəxs olduqda şəxsiyyəti təsdiq edən sənəd 
  •  Müraciətçi hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduqda fiziki şəxsin vergi uçotu haqqında sənədi (VÖEN) 
  • Müraciətçi hüquqi şəxs olduqda hüquqi şəxsin vergi uçotu haqqında sənədi (VÖEN)  
  • Aşağıdakıları özündə əks etdirən layihə:

 - Torpaq sahəsinin və ya obyektin istifadə və ya mülkiyyət hüququnu təsdiq edən sənəd (Sərəncam, Çıxarış və ya icarə müqaviləsi) 

- Təsərrüfat fəaliyyəti barədə məlumat, layihə gücü və texnoloji prosesin ardıcıllığı barədə rəsmi məlumat, layihə sənədləri

- Fəaliyyətin təşkil olunduğu ərazinin sxeması (Baş Plan). Hər bir istehsalat və xidmət fəaliyyət sahəsi göstərilməklə - İstifadə olunan avadanlıqların texniki-layihə sənədləri 

- İstehsalatda əsas və köməkçi xammal növləri barədə məlumat 

- İstehsal olunan və göstərilən xidmətin növü və layihə gücü

 - İstifadə olunan enerji növləri, mənbələri və miqdarı barədə məlumat (texniki şərt və ya müqavilə) - Tullantı mənbələri barədə məlumat (atmosferə, su hövzələrinə)

 - Qaz-toztutucu qurğular barədə məlumat (qurğunun quraşdırılması zəruri olduğu halda) 

- Qeyd olunan ərazidəki faktiki fəaliyyətin aidiyyatı yerli icra orqanları ilə razılaşdırılması 

- Müəssisənin su təchizatı və tullantı (məişət və istehsalat) suların axıdılması barədə məlumat (texniki şərt və ya müqavilə)

 - Müəssisədə əmələ gələn tullantıların idarə olunması barədə məlumat (istehsalat tullantılarının həcmi və təkrar istifadəsinin mümkünlüyü qeyd edilməklə)

  • Obyektin yerləşdirilməsi barədə Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəyi 
  • Fəaliyyət sahəsinin təşkili ilə əlaqədar layihələndirməyə çəkilən xərc layihənin tərtibi barədə müqavilə (ətraf mühitin mühafizəsinin layihələndirilməsi üzrə). 

 

c)Yeni texnikanın, texnologiyanın, materialların və maddələrin yaradılmasına, o cümlədən idxalına və ixracına dair sənədlər

  • Ərizə 
  • Müraciətçinin vergi orqanları tərəfindən uçota alınması haqqında şəhadətnamə (VÖEN). 
  • Yaradılan, idxal və ya ixrac olunan yeni texnika, texnologiya, material və maddələrə dair texniki şərt 
  • Yaradılan, idxal və ya ixrac olunan yeni texnika, texnologiya, material və maddələrə dair izahlı məlumat 

 

d) Ətraf mühitin mühafizəsi sahəsində metodiki təlimatların və texniki normativ hüquqi aktların layihələri 

  • Ərizə 
  • Müraciətçinin vergi orqanları tərəfindən uçota alınması haqqında şəhadətnamə (VÖEN). 
  • Ətraf mühitin mühafizəsi sahəsində metodiki təlimatların və texniki normativ hüquqi aktların layihə sənədi 

 

e) Ərazilərin kompleks ekoloji-tədqiqat materialları, ərazilərə xüsusi mühafizə statusunun verilməsi, ekoloji fəlakət zonalarının və fövqəladə ekoloji vəziyyətin elan olunmasının əsaslandırılması sənədləri, habelə həmin ərazilərin bərpası proqramları

  • Ərizə
  • Müraciətçinin vergi orqanları tərəfindən uçota alınması haqqında şəhadətnamə (VÖEN). 
  • Ərazilərin mövcud vəziyyəti üzrə kompleks ekoloji-tədqiqat materialları və ya - Ərazilərə xüsusi mühafizə statusunun verilməsinə dair əsaslandırma sənədi və ya - Ekoloji fəlakət zonalarının və fövqəladə ekoloji vəziyyətin elan olunmasına dair əsaslandırma sənədi və həmin ərazilərin bərpası proqramları 

 

f) Regionların, ayrı-ayrı ərazilərin və təbiət komplekslərinin ekoloji vəziyyətinə dair sənədlər

  • Ərizə 
  • Müraciətçinin vergi orqanları tərəfindən uçota alınması haqqında şəhadətnamə (VÖEN). 
  • Ekosistemin mövcud ekoloji vəziyyətinə dair sənəd Sənədin təqdim edilmə formaları: Sənədin skan edilmiş surəti (elektron müraciət edildikdə) və ya əsli (şəxsən və ya poçt xidməti vasitəsilə müraciət edildikdə)

 

g) Müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən təbiətdən (təbii ehtiyatlardan) istifadəni nəzərdə tutan müqavilə (kontrakt) və razılaşmaların layihələri;

  • Ərizə 
  • Müraciətçinin vergi orqanları tərəfindən uçota alınması haqqında şəhadətnamə (VÖEN). 
  • Təbiətdən (təbii ehtiyatlardan) istifadəni nəzərdə tutan müqavilə (kontrakt) və razılaşmaların layihələri 

 

h) Tikinti layihələrinin ekoloji ekspertizası 

  • Ərizə 
  • Torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd
  • Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təsdiq edilmiş Şəhərsalma Əsaslandırılması sənədi; 
  •  Aidiyyəti icra orqanı tərəfindən razılaşdırılmış tikinti layihəsi (memarlıq hissəsi) 
  • Ərazidə aparılmış mühəndisi-geoloji işlərə dair hesabat 
  • İnşa olunacaq obyektin su təchizatı və tullantı sularının idarə olunması barədə texniki tapşırıq və ya texniki şərt (istifadədə olan ərazilər üzrə aidiyyəti icra orqanı ilə müqavilə); 
  • Layihənin ekologiya bölməsi (tələb olunması müvafiq icra orqanı tərəfindən təsdiq olunduğu halda) 
  • Layihənin hazırlanmasına dair sifarişçi ilə layihəçi arasında bağlanmış müqavilə və ya layihənin smeta dəyərini əks etdirən sənəd 
  • Sifarişçinin rekvizitləri 

Dövlət Xidmətlər Portalına keçid