«Elektron Xidmətlər Portalı» sınaq rejimində fəaliyyət göstərir.Ətraflı
Xidmətlər
Ekoloji və normativ sənədlərin razılaşdırılması və təsdiq edilməsi


Ümumi məlumat

Bu xidmət ekoloji və normativ sənədlərin (ətraf mühitə zərər vura bilən müəssisələrə onların ətraf mühitə təsir göstəricilərinə dair ekoloji sənədlərin - atılabilən tullantı həddi (ABTH), buraxıla bilən axıntı həddi (BBAH) və ekoloji pasportun) razılaşdırılması və təsdiq edilməsi üçün müraciətin və tələb olunan sənədlərin qəbul edilməsindən və nəticəsi barədə istifadəçiyə məlumat verilməsindən ibarətdir.

 

Xidmətə kimlər müraciət edə bilər?

Xidmətə hüquqi və fiziki şəxslər müraciət edə bilər.

 

Ödənilə bilmə səviyyəsi:

Xidmət ödənişlidir.


Xidmət haqqı məbləği :

50 AZN


Müddət:
15 gün

 

Tələb olunan sənədlər:

  • Hazırlanmış ekoloji və normativ sənəd
  • İstifadəçi hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduqda fiziki şəxsin vergi uçotu haqqında şəhadətnamə
  • Təsərrüfat (iqtisadi) fəaliyyətlərinin həyata keçirilməsi ilə əlaqədar dövlət ekoloji ekspertizasının müsbət rəyi
  • İstifadəçi hüquqi şəxs olduqda dövlət qeydiyyatı haqqında şəhadətnamə
  • Layihələndirmə işlərinin yerinə yetirilməsinə sərf olunan maliyyə vəsaitinin məbləğini əks etdirən sənəd (müqavilə)
  • Ərizə

 

Dövlət Xidmətlər Portalına keçid