«Elektron Xidmətlər Portalı» sınaq rejimində fəaliyyət göstərir.Ətraflı
Xidmətlər
Elmi tədqiqat, sınaq və sərgilərdə nümayiş məqsədləri üçün nəzərdə tutulan genetik modifikasiya olunmuş bitkilərin, həmçinin müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarının dövriyyəsinə icazə verilməsi

 

Ümumi məlumat

Bu xidmət mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların (elmi tədqiqat, sınaq və sərgilərdə nümayiş məqsədləri üçün nəzərdə tutulan genetik modifikasiya olunmuş bitkilər, həmçinin müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materialları) dövriyyəsinə razılıq verilməsini əhatə edir.
 

Xidməti göstərən qurum:

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidməti

 

Ödənilə bilmə səviyyəsi:

Xidmət ödənişlidir.


Xidmət haqqı məbləği :

25 AZN


Müddət:
15 gün
 

Tələb olunan sənədlər:

  • İdxal edilən nümunələrin siyahısı (minimum deskriptor məlumatları cədvəl şəklində göstərilməlidir: nümunənin kataloq nömrəsi, bitkinin elmi (latın) adı, nümunənin (sortun, formanın, seleksiya xəttinin və s.) adı)
  • GMOB-ni göndərən ölkənin dövlət orqanlarında qeydiyyatdan keçmiş rəsmi qurum tərəfindən verilmiş və GMOB üzərində aparılmış genetik dəyişikliklər barədə məlumatları əks etdirən qeydiyyat sertifikatı
  • Ərizə (Genetik modifikasiya olunmuş bitkilər, eləcə də müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarını (GMOB) göndərən ölkənin adı, GMOB-ni göndərən və qəbul edən təşkilatların adları, tabeçilikləri, fəaliyyət növləri, ünvanları, idxal edilməsi nəzərdə tutulan bitkinin latın dilində adı, hansı hissəsinin gətirilməsi, miqdarı (kütlə və ya sayı) və qablaşdırılma forması göstərilməlidir)
  • Nümunələrin kommersiya dəyəri haqqında sənəd
  • Göndərən və qəbul edən tərəflər arasında bağlanmış müqavilə
  • Elmi tədqiqat müəssisəsi və ya dövlət orqanı tərəfindən hazırlanmış elmi-texniki əsaslandırma (planlaşdırılan idxalın elmi və ictimai əhəmiyyəti əsaslandırılmalı və mümkün nəticələri göstərilməlidir)
  • Nümunələrin gətirilməsi nəzərdə tutulan ölkənin müvafiq orqanları tərəfindən verilmiş fitosanitar sertifikatı

 

Dövlət Xidmətlər Portalına keçid