«Elektron Xidmətlər Portalı» sınaq rejimində fəaliyyət göstərir.Ətraflı
Xidmətlər
Ozondağıdıcı maddələr və tərkibində belə maddələr olan məhsulların dövriyyəsinə icazə verilməsi

 

Ümumi məlumat

Bu xidmət mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların (ozondağıdıcı maddələr və tərkibində belə maddələr olan məhsullar) dövriyyəsinə icazə verilməsini əhatə edir.

 

Xidmətə kimlər müraciət edə bilər?

Xidmətə fiziki və hüquqi şəxslər müraciət edə bilər.

 

Ödənilə bilmə səviyyəsi:

Xidmət ödənişsizdir.

 

Müddət:
10 gün

 

Tələb olunan sənədlər:

  • Qəza vəziyyətinin qarşısını almaq üçün müvafiq tədbirlər proqramı
  • İstifadəçi hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduqda fiziki şəxsin vergi uçotu haqqında şəhadətnamə
  • Xüsusi icazəsi olan əşyanın istifadə müddəti qurtardıqdan sonra tərkibindəki ozondağıdıcı maddənin hansı metodla utilizə edilməsi haqqında arayış
  • Tərkibində ozondağıdıcı maddə olan əşyaların dövriyyəsinə xüsusi icazə alan şəxslər tərəfindən əşyanın tərkibində Monreal Protokolu ilə dövriyyəsi qadağan edilmiş ozondağıdıcı maddənin olmaması haqqında təqdim edilən arayış
  • Monreal Protokolu ilə dövriyyəsinə qadağa qoyulmayan ozondağıdıcı maddələrin miqdarının həmin Protokolla müəyyən edilmiş həddi aşmaması barədə arayış
  • İstifadəçi hüquqi şəxs olduqda dövlət qeydiyyatı haqqında şəhadətnamə
  • Mütəxəssislərin müvafiq ixtisasa malik və sağlam olmaları haqqında sənədlər
  • Ərizə

 

Dövlət Xidmətlər Portalına keçid