Ümumi məlumat
Bu xidmət yaşıllıqların götürülməsi ilə əlaqədar rəyin verilməsi üçün müraciətin və tələb olunan sənədlərin qəbul edilməsindən və nəticəsi barədə istifadəçiyə müvafiq rəyin verilməsindən ibarətdir.
Xidmətə kimlər müraciət edə bilər?
Xidmətə hüquqi və fiziki şəxslər müraciət edə bilər.
Ödənilə bilmə səviyyəsi:
Xidmət ödənişsizdir.
Müddət:
7 gün
Tələb olunan sənədlər:
- Dövlət və yerli özünüidarəetmə orqanları tərəfindən ünvanlanmış müraciət məktubu
- Götürülməsi nəzərdə tutulan yaşıllığın yerləşdiyi torpaq sahəsinin mülkiyyətdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 30 avqust tarixli 321 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yaşıllıqların götürülməsi Qaydasının 2.2.-ci bəndində göstərilən hal(lar)ı təsdiq edən məlumat və ya sənədin skan edilmiş surəti
- Yaşıllığın götürülməsinin əsaslandırılması
Dövlət Xidmətlər Portalına keçid