«Elektron Xidmətlər Portalı» sınaq rejimində fəaliyyət göstərir.Ətraflı
Xidmətlər

Dağ-mədən ayırması aktının qüvvədə olma müddətinin uzadılması


Ümumi məlumat

Yerin təkindən istifadəyə icazə verən hüquqi sənədinin müddətinin bitməsinə azı 30 gün qalmış icazə sahibinin müraciəti əsasında Dağ-mədən ayırması aktının müddəti yenidən rəsmiləşdirilməklə uzadıla bilər. Sənədin müddətinin uzadılması İstismarçının fəaliyyəti dövründə yerin təkindən istifadəyə icazə şərtlərinə əməl etdiyi, torpaq sahəsinə dair hüquqi sənədin mövcudluğu və müvafiq qurumun razılığı olduğu təqdirdə uzadıla bilər. 
 

Xidməti göstərən qurum:

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi


Ödənilə bilmə səviyyəsi:
İcazə sənədinin uzadılması zamanı icazə sənədinin dövlət rüsumunun ödənişi istismarçı tərəfindən həyata keçirilməlidir. 

Qeyd: Zəruri olduğu halda yataq sahəsinin qalıq ehtiyatına dair hesabat ödənişli şərtlərlə müraciətçinin vəsaiti hesabına ekspertiza olunur.

 

Tələb olunan sənədlər:

1. Torpaqayırma sənədi

2. Yerquruluşu planı


Qeyd: Zəruri olduğu halda yataq sahəsinin qalıq ehtiyatına dair hesabat təqdim edilməlidir.