«Elektron Xidmətlər Portalı» sınaq rejimində fəaliyyət göstərir.Ətraflı
Xidmətlər
Faydalı qazıntı ehtiyatlarının illik hesabat balansının (5 GK statistik hesabat) təsdiq olunması üçün təqdim edilməsi

 

Ümumi məlumat

Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli, 293 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Faydalı qazıntı ehtiyatlarının dövlət balansının aparılması Qaydaları”na əsasən faydalı qazıntı ehtiyatlarının dövlət balansı sənaye əhəmiyyətli yataqlar üzrə hər növ faydalı qazıntı ehtiyatlarının kəmiyyəti, keyfiyyəti, öyrənilmə dərəcəsi, yerləşməsi, sənayedə istifadə dərəcəsi, faydalı qazıntıların çıxarılması, itkisi, kəşf edilmiş ehtiyatlar ilə sənayenin təmin edilməsi haqqında məlumatları özündə əks etdirməklə, mineral-xammal bazasının vəziyyətinin uçotu məqsədilə aparılır.

 

Xidməti göstərən qurum

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi

 

Ödənilə bilmə səviyyəsi

Xidmət ödənişsizdir.


Qeyd:Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli, 351 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Mineral-xammal Bazasının Bərpası üzrə Dövlət Fondu haqqında Əsasnamə”yə görə Mineral-xammal bazasının bərpasına ayırmalar kəşfiyyatı dövlət vəsaiti hesabına aparılmış bütün faydalı qazıntı növlərinin çıxarılmasına görə yer təki istifadəçilərindən alınır. Həmin sərəncama əsasən faktiki çıxarılmış faydalı qazıntıların həcminə müvafiq olaraq xammalın növünə uyğun müəyyən edilmiş faizlə Mineral-xammal Bazasının Bərpası üzrə Dövlət Fonduna ayırmalar ödənilir.

 

Tələb olunan sənədlər

İstismar edilən faydalı qazıntı yatağının müvafiq ehtiyatlarının axtarışı və kəşfiyyatı yerin təki istifadəçiləri tərəfindən aparılıbsa bu barədə müvafiq təsdiqedici sənədlər təqdim olunmalıdır.