Ümumi məlumat
Bu xidmət geoloji öyrənilmə məqsədi ilə ayrılan yer təki sahələrinə geoloji ayırma statusunun verilməsini əhatə edir.
Xidməti göstərən qurum
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi
Ödənilə bilmə səviyyəsi
Xidmət ödənişlidir.
Müddət
1 ay
Tələb olunan sənədlər
1. Ərizə
2. İstifadəçi hüquqi şəxs olduqda dövlət qeydiyyatı haqqında şəhadətnamə
3. İstifadəçi hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduqda fiziki şəxsin vergi uçotu haqqında şəhadətnamə
4. Şəxsiyyəti təsdiq edən sənəd