«Elektron Xidmətlər Portalı» sınaq rejimində fəaliyyət göstərir.Ətraflı
Xidmətlər
Hərraca çıxarılmış ərazilər üçün müraciətin edilməsi


Ümumi məlumat

Yer təkindən istifadəyə dair icazənin verilməsi məqsədi ilə Agentlik tərəfindən elan edilmiş hərraclarda (auksion və müsabiqə) iştirak üçün müraciət forması ETSN-nin kollegiyasının qərarı ilə təsdiq edilmişdir. Müraciətin forması Agentlik tərəfindən dərc edilmiş elannın mətninə əlavə edilir. İstənilən növ sahibkarlıq subyekti hərracda iştirak edə bilər. 


Xidməti göstərən qurum:

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi


Ödənilə bilmə səviyyəsi:

Hərracda iştirak ödənişlidir. İddiaçı tərəfindən hərracda iştirak haqqı ödənildikdən sonra ödənişi təsdiq edən sənədi və elanda tələb olunan digər sənədlərlə birlikdə Agentliyə müraciət olunur. İştirak haqqı hərraca çıxarılan sahənin qalıq ehtiyatlarına əsasən müəyyən edilir. Komissiya tərəfindən Hərracda iştirakı məqbul hesab edilən İddiaçı iştirak etmək istədiyi Lot üzrə başlanğıc qiymətin on faizi məbləğində beh məbləğini ödədiyi halda hərracda iştirak hüququ qazanır. 
 

Tələb olunan sənədlər:

1. Hərracda iştirak etmək üçün yazılı ərizə-müraciət;

2. Hərracda iştirak haqqının ödənilməsi barədə bank sənədinin əsli;

3. Hərracda (müsabiqə və auksion) iştirak etmək üçün ödənilən iştirak haqqı (hərrac xərcləri) hərrac predmetinin ehtiyat həcmlərinə münasibətdə aşağıdakı qaydada (Lot üzrə) müəyyən edilir:

- Ehtiyat həcmi 200 000 (iki yüz min) kub metrədək olduqda  540,00 (beş yüz qırx) manat;

- Ehtiyat həcmi 200 000 (iki yüz min) kub metrdən 500 000 (beş yüz min) kub metrədək olduqda  810,00 (səkkiz yüz on) manat;

- Ehtiyat həcmi 500 000 (beş yüz min) kub metrdən yuxarı olduqda – 1080,0 (bir min səksən) manat.

4. “Vergi ödəyicisinin vergi borcu barədə” arayış (müvafiq sənəd elektron qaydada alındıqda notarial təsdiqli olması zəruridir);

5. İddiaçının son bir ildə maliyyə vəziyyəti haqqında bank arayışı (hesabdan çıxarış);

6. İddiaçının tam adı, hüquqi statusu:

- Hüquqi şəxs: nizamnaməsi, təsisçi və ya direktorun şəxsiyyətini təsdiq edən sənədin surəti, VÖEN-şəhadətnaməsi və dövlət reyestrdən çıxarışı, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- Fiziki şəxs: şəxsiyyəti təsdiq edən sənəd və VÖEN-şəhadətnaməsi (notarial qaydada təsdiqlənmiş); İddiaçının ixtisas göstəricilərinə dair məlumatlar: ən azı 1 dağ-mədən mühəndisi və 1 geoloq ilə bağlanmış əmək müqaviləsinin və onların ixtisasını təsdiq edən sənədin notarial qaydada təsdiq olunmuş surəti;

7. İddiaçının maddi-texniki bazası (faydalı qazıntıların çıxarılması üçün zəruri texniki vasitələri və avadanlıqları) haqqında məlumat.