«Elektron Xidmətlər Portalı» sınaq rejimində fəaliyyət göstərir.Ətraflı
Xidmətlər
Meteoroloji, hidroloji, okeanoqrafik, aqrometeoroloji cihaz və qurğuların sertifikatlaşdırılması


Ümumi məlumat:

Bu xidmət mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq hüquqi və fiziki şəxslər tərəfindən idxal, ixrac, təkrar ixrac və istifadə edilən meteoroloji, hidroloji, okeanoqrafik, aqrometeoroloji cihaz və qurğuların yoxlanılması, attestasiyadan keçirilməsi və sertifikatlaşdırılmasını əhatə edir.

 

Xidmətə kimlər müraciət edə bilər?

Xidmətə hüquqi və fiziki şəxslər müraciət edə bilər.

 

Ödənilə bilmə səviyyəsi:

Xidmət ödənişsizdir.

 

Tələb olunan sənədlər:

  • Dövlət rüsumunun ödənilməsi haqqında sənəd (sertifikatın verilməsindən imtina edilmədiyi halda)
  • Sifarişçi hüquqi şəxs olduqda dövlət qeydiyyatı haqqında şəhadətnamə
  • Sifarişçi hüquqi şəxs olduqda hüquqi şəxslərin dövlət reyestrindən çıxarış
  • Cihaz və qurğuların alqı-satqı müqaviləsi
  • Sifarişçi hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduqda fiziki şəxsin vergi uçotu haqqında şəhadətnamə
  • Ərizə

 

Dövlət Xidmətlər Portalına keçid