«Elektron Xidmətlər Portalı» sınaq rejimində fəaliyyət göstərir.Ətraflı
Qurumlar
organization image
Geoloji Kəşfiyyat Agentliyi

Geoloji Kəşfiyyat Agentliyi ölkə ərazisində yer təkinin kompleks geoloji, geofiziki, hidrogeoloji, mühəndis-geoloji, geo-ekoloji tədqiqatlarının aparılması, yeraltı suların, faydalı qazıntı yataqlarının axtarışı, qiymətləndirilməsi və kəşfiyyatı, yer təkinin dərinlik quruluşunun və seysmohidrogeodinamik şəraitinin öyrənilməsi, sənaye və mülki tikinti obyektlərinin ərazisində mühəndis-geoloji işlərinin həyata keçirilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Agentlik Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində fəaliyyət göstərir. Agentlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Geoloji Kəşfiyyat Agentliyi publik hüquqi şəxsin Nizamnaməsini, Azərbaycan Respublikası Nazirlər Kabinetinin digər qərarlarını, həmçinin sərəncamlarını, digər normativ hüquqi aktları və Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin əmr və sərəncamlarını rəhbər tutur.

Agentliyin fəaliyyət istiqamətləri aşağıdakılardır:

  1. Azərbaycan Respublikasının ərazisində, o cümlədən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub bölməsində geoloji tədqiqatları təşkil etmək, yer təkinin öyrənilməsi ilə əlaqədar işləri həyata keçirmək və müvafiq xəritələrin tərtib edilməsində iştirak etmək;
  2. Faydalı qazıntı yataqlarının, o cümlədən yeraltı su ehtiyatlarının axtarışı, qiymətləndirilməsi və kəşfiyyatını təşkil etmək;
  3. Sənaye və mülki tikinti obyektlərinin ərazisində mühəndis-geoloji və geo-ekoloji öyrənilmə istiqamətində işləri təşkil etmək;
  4. Müvafiq sahədə müşahidə və qiymətləndirilmələrin aparılmasını təşkil etmək və faydalı qazıntı ehtiyatlarının müəyyən edilməsində iştirak etmək;
  5. Müvafiq sahənin inkişafını təmin etmək;
  6. Nizamnamə ilə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərmək.

Quruma aid xidmətlər