«Elektron Xidmətlər Portalı» sınaq rejimində fəaliyyət göstərir.Ətraflı
Qurumlar
organization image
Bioloji Müxtəlifliyin Qorunması Xidməti

 

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidməti Azərbaycan Respublikasının ərazisində və Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində bioloji müxtəlifliyin, genetik fondun və təbii ekoloji sistemin qorunub saxlanılması, bərpası, artırılması, davamlı inkişafı, xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərindən məqsədli istifadə, heyvanlar aləminin və ovçuluq təsərrüfatlarının inkişafı, maarifləndirmə, ekoturizmin və rekreasiyanın təşkili və inkişafı sahələrində  dövlət siyasətinin həyata keçirilməsində iştirak edən, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin  strukturuna daxil olan qurumdur.

Xidmət öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidməti haqqında Əsasnaməni və hüquqi aktlarını rəhbər tutur.

Xidmətin fəaliyyət istiqamətləri aşağıdakılardır:

  1. Müvafiq sahədə dövlət siyasətinin formalaşdırılması ilə bağlı Nazirliyə təkliflər vermək;
  2. Bioloji müxtəlifliyin və təbii ekosistemlərin mühafizəsi və səmərəli istifadəsi, xüsusi mühafizə olunan təbiət ərazilərinin təşkili, genişləndirilməsi və idarə edilməsi fəaliyyəti həyata keçirmək;
  3. Heyvanlar aləmi obyektlərinin mühafizəsi və səmərəli istifadəsi fəaliyyətini həyata keçirmək;
  4. Bioloji müxtəlifliyin və genetik fondun qorunub saxlanması, o cümlədən balıq və digər su bioresurslarının bərpası, artırılması (o cümlədən süni yolla), davamlı inkişafı üçün zəruri tədbirlər görmək;
  5. Xüsusi mühafizə olunan təbiət ərazilərindən və obyektlərindən məqsədli istifadə, heyvanlar aləminin və ovçuluq təsərrüfatlarının inkişafı, ekoturizmin və rekreasiyanın təşkili, eləcə də inkişafı sahəsində fəaliyyəti təmin etmək;
  6. Dövlət və yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslər tərəfindən müvafiq sahə üzrə qanunvericiliyin tələblərinə riayət olunmasını təşkil edir;
  7. Aidiyyəti elmi müəssisə və təşkilatları cəlb etməklə, müvafiq sahə üzrə elmi tədqiqat fəaliyyətinin həyata keçirilməsini təşkil etmək.

Quruma aid xidmətlər