«Elektron Xidmətlər Portalı» sınaq rejimində fəaliyyət göstərir.Ətraflı
Qurumlar
organization image
Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi

 

Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi “Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş yerin təkindən istifadə növləri üzrə fəaliyyətin tənzimlənməsini, habelə yer təkinin istifadəsində və mühafizəsində qanunvericiliyə, müəyyən edilmiş standartlara və tələblərə əməl olunmasına nəzarəti həyata keçirən, yerin təkindən istifadə ilə bağlı hərracların (auksion və ya müsabiqənin) keçirilməsini təşkil edən, bu sahədə xidmətlər göstərən publik hüquqi şəxsdir. Agentlik müvafiq sahədə dövlət siyasətinin formalaşmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir, tənzimləməni və nəzarəti həyata keçirir. Agentlik Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində fəaliyyət göstərir.

Agentlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi haqqında Nizamnaməni, Azərbaycan Respublikası Prezidentinin digər fərmanlarını, həmçinin sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, digər normativ hüquqi aktları rəhbər tutur.

Agentliyin fəaliyyətinin məqsədi yerin təkindən səmərəli, təhlükəsiz və aşkarlıq şəraitində istifadəni təmin etmək, mineral xammal bazasını genişləndirmək və möhkəmləndirməkdir.

Agentliyin fəaliyyət istiqamətləri aşağıdakılardır:

  1. Yerin təkinin geoloji öyrənilməsinə, istifadəsi və mühafizəsinə nəzarət, mineral xammal ehtiyatlarından səmərəli istifadə edilməsi sahəsində dövlət siyasətinin formalaşmasında iştirak etmək və bu siyasətin həyata keçirilməsini təmin etmək;
  2. Yerin təkindən istifadə sahəsində tənzimləməni və qanunvericiliyə əməl edilməsinə nəzarəti həyata keçirmək;
  3. Mineral xammal sahəsinin inkişafını təmin etmək;
  4. Nizamnamədə müəyyən edilən digər istiqamətlərdə fəaliyyət göstərmək.

Quruma aid xidmətlər