«Elektron Xidmətlər Portalı» sınaq rejimində fəaliyyət göstərir.Ətraflı
Qurumlar
organization image
“Tullantıları İdarəetmə Mərkəzi” MMC

Azərbaycan Respublikası ilə Beynəlxalq İnkişaf Assosiasiyası arasında 1998-ci ilin avqustun 7-də Bakı şəhərində imzalanmış və Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 28 sentyabr tarixli 898 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “İnkişaf üçün kredit haqqında Saziş”in (Təxirəsalınmaz ekoloji tədbirlər layihəsinin) şərtlərinə əsasən ölkədə təklükəli tullantıların emalı və basdırılması üçün tikilmiş poliqonun idarə edilməsi məqsədilə yaradılmış “Tullantıları İdarəetmə Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra - Cəmiyyət) öz fəaliyyətini Azərbaycan Respublikasının Mülki Məcəlləsi, qüvvədə olan digər qanunvericilik aktları və “Tullantıları İdarəetmə Mərkəzi” MMC-nin Nizamnaməsi əsasında həyata keçirir.

Cəmiyyətin fəaliyyət istiqamətləri aşağıdakılardır:

  1. Ölkənin bütün şəhər və kəndlərinin ərazilərində tullantıların idarə olunmasını təkmilləşdirəcək investisiyaların və inkişaf sxemlərinin qurulmasında mövcud ehtiyatlardan səmərəli istifadəni təmin etmək;
  2. “Tullantılar haqqında” Azərbaycan Respublikasının Qanunu və digər qanunvericilik aktlarına uyğun olaraq tullantıların çeşidlənməsini və daşınmasını həyata keçirmək və tullantıların idarə olunması obyektlərini formalaşdırmaq;
  3. Neft, qaz və elektroenergetika sənayesində yaranan tullantıların idarə edilməsini təşkil etmək;
  4. Tullantıların yerləşdirilməsi üçün nəzərdə tutulmuş ərazilərdə müvafiq xəbərdaredici nişan və ya lövhələrin quraşdırılmasını, habelə digər mühafizəedici və təhlükəsizlik tədbirlərinin görülməsini təmin etmək;
  5. Tullantıların yerləşdirilməsini təmin etmək üçün tədbirlər görmək;
  6. Öz fəaliyyəti çərçivəsində tullantıların idarə olunması proseslərini təkmilləşdirmək;
  7. Ətraf mühitə və insan sağlamlığına təsirini azaltmaq məqsədilə tullantıların xüsusi qurğularda müxtəlif üsullarla zərərsizləşdirməsini təşkil etmək.