Dövlət Ekoloji Ekspertiza Agentliyi
Dövlət Ekoloji Ekspertiza Agentliyi “Ətraf mühitin mühafizəsi haqqında”, “Ekoloji təhlükəsizlik haqqında” və “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq, təsərrüfat fəaliyyətinin və digər fəaliyyətlərin dövlət ekoloji ekspertizasından keçirilməsi də daxil olmaqla, ekoloji təhlükəsizliyin tələblərinə uyğunluğunu müəyyən edən, habelə bu sahədə xidmətlər göstərən publik hüquqi şəxsdir. Agentlik Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində fəaliyyət göstərir.
Agentlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Dövlət Ekoloji Ekspertiza Agentliyinin Nizamnaməsini, Nazirliyin normativ hüquqi aktlarını və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər nazirinin əmr və sərəncamlarını rəhbər tutur.
Agentliyin fəaliyyət istiqamətləri aşağıdakılardır:
- Müvafiq sahənin inkişafını təmin etmək;
- Müvafiq sahədə dövlət siyasətinin formalaşdırılmasında iştirak etmək və bu siyasətin həyata keçirilməsini təmin etmək;
- Müvafiq sahədə aidiyyəti dövlət qurumları ilə əməkdaşlıq etmək, təkliflərin işlənilib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;
- Ekoloji tarazlığının qorunması və təhlükəsizliyin təmin edilməsi, təbii ekoloji sistemlərə təsərrüfat və digər fəaliyyətlərin zərərli təsirinin qarşısının alınması istiqamətində problemlərin həllinə yardım göstərmək, müvafiq sahədə innovativ ideya və layihələri dəstəkləmək.
Digər qurumlar
-
Ekologiya və Təbii Sərvətlər Nazirliyi
1 xidmət -
Nəqliyyat İdarəsi
-
Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi
-
“AzeLab” MMC
-
“Tullantıları İdarəetmə Mərkəzi” MMC
-
"Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu" Açıq Səhmdar Cəmiyyəti
-
Geodeziya və Kartoqrafiya Agentliyi
-
Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi
-
Dövlət Ekoloji Ekspertiza Agentliyi
-
Dövlət Ekoloji Təhlükəsizlik Xidməti
-
Milli Hidrometeorologiya Xidməti
-
Bioloji Müxtəlifliyin Qorunması Xidməti
-
Meşələrin İnkişafı Xidməti