«Elektron Xidmətlər Portalı» sınaq rejimində fəaliyyət göstərir.Ətraflı
Qurumlar
organization image
Geodeziya və Kartoqrafiya Agentliyi

 

Geodeziya və Kartoqrafiya Agentliyi geodeziya (xüsusi (sahəvi) təyinatlı geodeziya istisna olmaqla) dövlət topoqrafik xəritələrinin və planlarının hazırlanması, ümumdövlət əhəmiyyətli məsələlərin həllini təmin edən dövlət planlarının tərtibi, qravimetriya, kartoqrafiya və xəritəçəkmə, dövlət əhəmiyyətli coğrafi məlumat sistemlərinin yaradılması, geodeziya (xüsusi (sahəvi) təyinatlı geodeziya istisna olmaqla) və kartoqrafiya fəaliyyətinə nəzarətin həyata keçirilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Agentlik Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində fəaliyyət göstərir.

Agentlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, “Geodeziya və Kartoqrafiya Agentliyi” publik hüquqi şəxsin Nizamnaməsini, Azərbaycan Respublikası Nazirlər Kabinetinin digər qərarlarını, həmçinin sərəncamlarını, digər normativ hüquqi aktları və Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin əmr və sərəncamlarını rəhbər tutur.

Agentliyin fəaliyyət istiqamətləri aşağıdakılardır:

  1. Geodeziya (xüsusi (sahəvi) təyinatlı geodeziya istisna olmaqla), topoqrafiya və kartoqrafiya işlərinin həyata keçirilməsində və materialların istifadəsində dövlətin müdafiəsinin və təhlükəsizliyinin təmin edilməsinə dair müvafiq tədbirlər görmək;
  2. Geodeziya (xüsusi (sahəvi) təyinatlı geodeziya istisna olmaqla), topoqrafiya, xəritəçəkmə, qravimetriya, kartoqrafiya ilə bağlı işləri təşkil etmək və dövlət nəzarətini həyata keçirmək;
  3. Dövlət əhəmiyyətli coğrafi məlumat sistemlərini və coğrafi adlar üzrə kataloqlar yaratmaq, coğrafi obyektlərin uçotunu aparmaq, coğrafi xəritələri yeniləmək və bu sahədə fəaliyyətin təşkilinə dair müvafiq tədbirlər görmək;
  4. Müvafiq sahənin inkişafını təmin etmək;
  5. Nizamnamə ilə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərmək.