Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində və onun sahil zolağı boyu yerləşən inzibati rayonlarında ətraf mühitə antropogen təsirin kəmiyyət və keyfiyyət göstəricilərinin ekoloji kriteriyalarının elmi əsaslarla müəyyən edilməsi, proseslərin müşahidəsi, proqnozlaşdırılması, təbii sərvətlərdən səmərəli istifadə edilməsi, monitorinq sisteminin yaradılması və idarə olunması, fiziki təsirlərin çirklənmə vəziyyətini müəyyən edən müntəzəm müşahidə və tədqiqat işlərinin həyata keçirilməsi sahələrində dövlət siyasətinin həyata keçirilməsində iştirak edən, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturuna daxil olan qurumdur.
İdarə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi haqqında Əsasnamıni və Nazirliyin hüquqi aktlarını rəhbər tutur.
- Müvafiq sahədə dövlət siyasətinin formalaşdırılması ilə bağlı Nazirliyə təkliflər vermək;
- Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində təbii sərvətlərindən səmərəli istifadə edilməsi, bərpası, mühafizəsi və qorunub saxlanması məqsədi ilə kompleks monitorinq tədqiqatlar aparmaq;
- Təbii ehtiyatların istifadə olunması prosesində ekoloji təhlükəsizliyin monitorinqini keçirmək və proqnozlaşdırmaq;
- Ölkə ərazisində ekoloji vəziyyətin öyrənilməsi, ətraf mühitə antropogen təsirin kəmiyyət və keyfiyyət göstəricilərinin müəyyən edilməsi və formalaşan tullantıların mövcud qanunvericiliyin tələblərinə uyğun idarə olunması ilə əlaqədar monitorinqləri həyata keçirmək;
- Ölkə ərazisində ətraf mühitə atılan, axıdılan zərərli tullantıların atmosfer havası, torpaq, su mühitinə təsirini öyrənilməsi ilə yanaşı, ətraf mühitə fiziki təsirlərin radiasiya, elektromaqnit şüalanması, səs-küy, vibrasiya üzrə monitorinqlər aparmaq;
- Dövlət və yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslər tərəfindən müvafiq sahələr üzrə qanunvericiliyin tələblərinə riayət olunması üçün tədbirlər görmək.



