«Elektron Xidmətlər Portalı» sınaq rejimində fəaliyyət göstərir.Ətraflı
Qurumlar
organization image
“AzeLab” MMC

Cəmiyyət dövlət sifarişləri üzrə büdcə vəsaiti hesabına, digər fəaliyyətlər üzrə təsərrüfat hesablı maliyyələşən dövlət müəssisəsidir və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində fəaliyyət göstərir. Cəmiyyət öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının Mülki Məcəlləsini və qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, digər normativ hüquqi aktları, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hüquqi aktlarını və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində “AzeLab” Məhdud Məsuliyyətli Cəmiyyəti haqqında Nizamamnaməni rəhbər tutur.

Cəmiyyətin fəaliyyətinin məqsədi dövlət sifarişi əsasında Azərbaycan Respublikasının ərazisində,  o cümlədən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan akvatoriyasında kimyəvi analizlərin, o cümlədən atmosfer havası, torpaq, yeraltı və yerüstü sularda kimyəvi, bioloji, radioloji, geoloji analizlərin həyata keçirilməsi və bu sahədə mənfəət əldə edilməsidir.

Cəmiyyətin fəaliyyət predmetinə Azərbaycan Respublikasının ərazisində və ondan kənarda qüvvədə olan qanunvericiliklə müəyyən olunmuş qaydada aşağıdakı fəaliyyət istiqamətləri aiddir: 

  1. Fəaliyyət istiqamətləri üzrə beynəlxalq təcrübəni öyrənmək, analitik materiallar hazırlamaq, təhlillər, tədqiqatlar aparmaq, rəy və təkliflər vermək;
  2. Fəaliyyət istiqamətlərinə aid məsələlərə dair texniki normativ hüquqi aktların və digər sənədlərin qəbulu məqsədilə Nazirliyə təkliflər vermək;
  3. Cəmiyyətə verilən dövlət sifarişinə və ayrı-ayrı sifarişçilərlə bağlanmış müqavilələrə əsasən fəaliyyət istiqamətlərinə uyğun tədbirləri həyata keçirmək;
  4. Atmosfer havası, yeraltı və yerüstü sular, torpaqlar üzrə götürülmüş nümunələrdə kimyəvi, bioloji və geoloji analizləri aparmaq, habelə ətraf mühitin radiasiya fonunu ölçmək;
  5. Nazirliyin sifarişi və digər təşkilatlarla bağlanmış müqavilə əsasında  Xəzər dənizinin (gölünün) sahil zolağından götürülmüş nümunələrin analizini aparmaq;
  6. Transsərhəd çirklənmə ilə bağlı təhlillər aparmaq;
  7. Nazirliyin sifarişi və digər təşkilatlarla bağlanmış müqavilə əsasında axarlarda çirkləndiricilərin yayılması üzrə götürülmüş nümunələr üzərində kimyəvi, bioloji, ekotoksikoloji və radioloji təhlilləri həyata keçirmək;
  8. Süxur, mineral, yeraltı suların (şirin, texniki, termal və mineral) üzərində əyar, kimyəvi, silikat, spektral, mineraloji, fiziki-mexaniki xüsusiyyətlərin öyrənilməsi istiqamətində analizlər aparmaq;         
  9. Nazirliyin sifarişi və digər təşkilatlarla bağlanmış müqavilə əsasında atmosfer havası, torpaq, yerüstü və yeraltı sularında çirkləndirici maddələr üzrə kimyəvi, geoloji, bioloji və radioloji analizləri aparmaq üçün laborator nəzarəti təmin etmək;
  10. Nazirliyin sifarişi və digər təşkilatlarla bağlanmış müqavilə əsasında süxur və filizlərdə faydalı komponentlərin kəmiyyət göstəricilərinin dəqiq miqdarını, mineralon, petroqrafik, litoloji və dənəvər tərkibini, süxurların fiziki-mexaniki və mühəndis-geoloji xüsusiyyətini (sərtlik, möhkəmlik həddi, sukeçirmə, suudma, plastiklik, cilalanma qabiliyyəti, oda, şaxtaya davamlılıq, kəsilməyə qarşı müqavimət,  xüsusi çəki,  həcm çəkisi və s)  təyin etmək;
  11. Süxur, mineral, yeraltı suların (şirin, texniki, termal və mineral) üzərində kimyəvi, silikat, spektral, mineraloji, fiziki-mexaniki xüsusiyyətlərin öyrənilməsi istiqamətində analizlər aparmaq;
  12. Süxurların tərkibində nəcib metalların (qızıl və gümüş) miqdarını müəyyən etmək və süxurların fiziki mexaniki xüsusiyyətlərini öyrənmək;
  13. Xəzər dənizi və onun sahil zolağında yerləşən sənaye obyektlərinin axarlarından, çirklənmə mənbələrindən, təmizləyici qurğulardan  götürülmüş su, dib çöküntüləri, şlam və qazma məhlulu nümunələri üzərində fiziki-kimyəvi, mikrobioloji və ekotoksikoloji təhlilləri aparmaq;
  14. Nazirliyin razılığı ilə fəaliyyət istiqamətlərinə uyğun dövlət qurumları, digər hüquqi və fiziki şəxslərlə, o cümlədən Azərbaycan Milli Elmlər Akademiyası, Elmi Tədqiqat İnstitutları, beynəlxalq təşkilatlarla  əməkdaşlıq etmək;
  15. Cəmiyyətin işçilərinin  attestasiyasını aparmaq, kadrların ixtisaslarının artırılması tədbirlərini həyata keçirmək;
  16. Fəaliyyət istiqamətləri üzrə təhlillərin nəticələri ilə bağlı informasiya bankı yaratmaq;
  17. Strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi məqsədi ilə Nazirliyə təkliflər vermək;
  18. Fəaliyyət istiqamətlərinə uyğun hüquqi və fiziki şəxslərlə müqavilə bağlamaq;
  19. Öz səlahiyyətlərinə aid olan məsələlərlə əlaqədar  məhkəmələrə iddia ərizəsi  ilə müraciət etmək,  tərəf kimi  müvafiq  prosessual  hüquq və vəzifələri həyata keçirmək;
  20. İşçiləri süd, ərzaq, xüsusi geyim və digər fərdi vasitələri ilə təmin etmək.
  21. Cəmiyyətin fəaliyyət istiqamətlərinə uyğun müasir texnologiyaların və texnoloji həllərin əldə olunmasına yardım göstərmək və onların əldə edilməsini təşkil etmək, bu məqsədlərlə əqdlər bağlamaq;
  22. İstifadəsində olan qurğu, avadanlıq və digər əmlakdan səmərəli istifadə etmək;
  23. Yanğından mühafizə, habelə əməyin mühafizə işlərini təşkil etmək;
  24. Fəaliyyəti ilə əlaqədar kommersiya sirlərini yaymamaq;
  25. Ümumi yığıncağın qərarı ilə qrantlar alınmasında, tender və müsabiqələrdə iştirak etmək;
  26. Daxil olan müraciətlərə qanunvericiliklə müəyyən olunmuş qaydada və müddətdə baxmaq;