«Elektron Xidmətlər Portalı» sınaq rejimində fəaliyyət göstərir.Ətraflı
Qurumlar
organization image
Meşələrin İnkişafı Xidməti

 

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti (bundan sonra – Xidmət) meşə fondundan istifadə, onun mühafizəsi, qorunması, meşəsalma və meşələrin bərpası sahəsində (bundan sonra - müvafiq sahə) dövlət siyasətinin həyata keçirilməsində iştirak edən, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (bundan sonra – Nazirlik) strukturuna daxil olan qurumdur. Xidmət öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnaməni və Nazirliyin hüquqi aktlarını rəhbər tutur. Xidmətin fəaliyyət istiqamətləri aşağıdakılardır: 


  1. Müvafiq sahədə dövlət siyasətinin formalaşdırılması ilə bağlı Nazirliyə təkliflər vermək; 
  2. Meşə fondu torpaqlarından səmərəli istifadə, meşələrin cins tərkibinin yaxşılaşdırılması və məhsuldarlığının yüksəldilməsi, habelə ölkə ərazisinin meşəlik faizinin artırılması istiqamətində fəaliyyəti həyata keçirmək; 
  3. Meşələrdən, meşə-parklardan və meşədənkənar ərazilərdən yüksək genetik xüsusiyyətlərə malik, meşəəmələgətirici, relikt və endemik ağac və kol cinslərinin seleksiya əsasında seçilməsi, toxumların tədarükü, uçotu, analiz olunub yoxlanılması, eləcə də saxlanılması, nəqli və mübadiləsi sahələrində fəaliyyəti həyata keçirmək; 
  4. Dövlət və yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslər tərəfindən müvafiq sahə üzrə qanunvericiliyin tələblərinə riayət olunması üçün tədbirlər görmək; 
  5. Aidiyyəti elmi müəssisə və təşkilatları cəlb etməklə, müvafiq sahə üzrə elmi tədqiqat fəaliyyətinin həyata keçirilməsini təşkil etmək; 
  6. Meşələrin qorunması, meşə fondundan səmərəli istifadə, meşələrin məhv olmaqdan, zədələnməkdən, xəstəlik və zərərvericilərdən, yanğından, çirklənmədən və digər mənfi təsirlərdən mühafizəsi məqsədilə fəaliyyəti həyata keçirmək.

Quruma aid xidmətlər